Nur da rəssamdır. Amma tək rəssamlıqla yox, incəsənətin bəzi növləri ilə də məşğuldu Daha ətraflı bu yazımda oxuya bilərsiz..
-Ilk öncə zəhmət olmasa qısaca özün haqqında danış
-Salam! Mən Nur. 15 yaşım var.İncəsənətin bütün növlərinə heyranam. Musiqinin həzin səsləri simasında rəqs eləməyi çox sevirəm. Bütün növ rəqsləri bacarıram.Rəsm çəkməkdən,piano çalmaqdan,musiqi dinləməkdən zövq alıram. Şeir və müxtəlif mövzularda yazmağı bacarıram! Hər zaman aktiv və çalışqanam.Fantaziya janrında romanları oxumağı çox sevirəm. Təkliyə nifrət edirəm! Həyatda ən çox zövq aldığım şey insanların səmimi davranışlarıdı. Gözəl görünmək üçün hər zaman baxımlı olmağı seçirəm. Hələlik bu qədər.
-Rəssamlığa necə başladın? Və indi rəssamlıq təhsili alırsan?
-Rəsm çəkməyə mən kiçik yaşlarımdan meyilliyəm. Lakin daha sonra məktəbə başladığım üçün dərslərə daha çox vaxt ayırmağa çalışdım. Sonra biraz böyüdüm və aktvi olmağa,hər şeylə maraqlanmağa başladım.Şahmata nifrət edirəm.Amma onnanda bilik əldə edim deyə getdim 1 ay şahmat məktəbində təhsil aldım. Bir gün qarşıma möhtəşəm bir RƏSSAM çıxdı. Və mənə söylədiki sən mənim tələbəm olacaqsan.O insan mənim əsl dostum,doğmam,dəyərli müəllimim,dünyada gördüyüm ən istedadlı RƏSSAM Məhər Məhərramovdur! Onu çox sevirəmə Hər kəsə onun kimi müəllim diləyirəmə Onun tələbəsi olduğum üçün ən xoşbəxt insanlardan biriyəmə Hal hazırda dəyərli müəllimim xaricdə ən yaxşı akademiyalardan birində təhsilini davam etdirir! Yaxında möhtəşəm uğurları ilə geri dönəcəkə Lakin mən ZƏKA gənclər mərkəzində yenə də təhsil almağa davam edirəm. Müəlliməm isə ZƏKAnın ulduzu istedadlı modelyer Sona Məhərramovadır.
- Maraqlı hekayən var!
- Təşəkkürlər!
- Bəs bir çox sənət içində niyə rəsamlıq..? Bu sualı tez tez mənədə verirlər, cavabı təxmini bilirəm
- Cavab tanış gəldi.. Nəysə, bəs səncə daxildə dünya yaratmaq nə dərədə əhəmiyyətlidi?
- Cavab tanış gələ bilər. Çünki hər rəssam bu sözləri söyləməyə qadirdi!. Mənim daxili dünyam mənim xəyallarımdı. Bir gün gerçək olacaq dünyam. Xəyallarım isə doğrularımdı.
- Təbiki hər rəssam bu cümləni deməyə qadirdi. Rəssamı nədə olsa ən yaxşı rəssam anlar. Bəs gələcəkdə də rəssam olmaq fikrin var?
- Yanlızca rəssam olmağı düşünmürəm. İncəsənətin bütün növləri ilə məşğul olmaq istəyirəm. Ən parlaq xəyallarımnan biri də möhtəşəm bir binanın daxilinə həm rəqs edə bilmək,həm piano çala bilmək,həm də rəsmlə məşğul ola bilməkdir!
- O xəyaldan məndədə biri var ki, böyük bir zalda . rəqa edim sonra piano çalım. Amma məndən başqa heç kəs olmasın.Nəysə, bəs mənim sevimli sualım xoşbəxtlik haqda nə deyə bilərsən.?
- Mənim üçün xoşbəxtlik nifrətə gülməkdir,mənim üçün xoşbəxtlik insanları sevə bilməkdir,mənim üçün xoşbəxtlik sevilməkdir,mənim üçün xoşbəxtlik şükr edərək yaşamaqdır,mənim üçün xoşbəxtlik birbaşa xoşbəxtlikdir.
- Və əgər kimsə xoşbəxt olmaq istəyirsə gözləməsin olsun.
- Aha, xoşbəxtlik bizim içimizdədir.
- Biraz xoşbəxtlik haqqında söhbət edək.
- Əlbətdə.
- Məncə xoşbəxtlik böyük bir şey deyil, kiçikdi.
- Razıyam! Xoşbəxtlik qırılmaz zəncirdir!" Məsəl üçün böyük bir qabı yerə atsan qırılar,amma balaca bir almazı qırmaq çox da mümkün deyil.
- Xoşbəxtlik puldadı?
- Xoşbəxtlik hər yerdədi! Elə bir yer yoxdur ki, orada sevgi,sevinc,xoşbəxtlik olmasın. Sadecə bəzən insanlar onu axtarmaqdansa,xoşbəxtliyin onları axtarmasını gözləyirlər. Yəni axtaran tapar! İnsan istətsə pullada xoşbəxt ola bilər,pulsuzda.
- Razıyam! Bir tərəfdən götürsək qələm xoşbəxtıikdi və biz onu satın alırıq. Xoşbəxtliyi satın alırıq.
- Yəni o bizi axtarmır,biz qələmi axtarırıq. Və kiçik bir qələmlə və rənglərlə möhtəşəm əsələr yarada bilərik!
- Elədiki var!
- Azadlığı hərə bir cür başa düşür, bəs sən necə fikirləşirsən?
- Əgər mənim xəyallarımı gerçəkləşdirmək üçün məhdudiyyətim yoxdursa bu mənim azadlığımdır!
- Çox maraqlı və kreativ cavabdı, bəs müasirlik?
- Əgər bu gün dünyaya mən uyğunlaşıramsa deməli mən müasirəm. Məsəl üçün bu ilin dəbinə uyğun geyinirəmsə məni müasir adlanırmaq mümkündür!
- Müasirliyin bir tərəfidə kreativ düşüncədir
- 100 % ! Həmçinin kreativ düşüncə,kreativ həyat tərzi hər zaman müasir olaraq qalır.
- Təşəkkürlər Nur bu söhbətçün.
- Təşəkkürlər!

No comments:
Post a Comment