Jul 26, 2015

Məhdudiyyətli insanların peşə reabilitasiya mərkəzi.

Xoşbəxtlik Axarışında layihəmizi internetə yerləşdirdikdən sonra baxış sayı artmağa başladı. Həmin gün Arabaçı TV- nin rəhbəri İlham Məhərrəmov bizim layihəni izlədikdən sonra  kollektiv dostum Nigar"la əlaqəyə keçib. Mən isə bundan xəbərsiz idim. Təbii ki,Nigar sonra xəbər elədi.) İlham bəy bizim kollektivimizi Məhdudiyyətli insanların peşə reabilitasiya mərkəzi-nə dəvət etdi. Azərbaycanda belə bir məkəzin olması həqiqətən xoşuma gəldi.
Amma ilk öncə mən Arabaçı TV haqda danışmaq istərdim. Deməli Arabaçı Tv online tv-dir. Məqsədləri isə məhdudiyyətli insanları formalaşdırıb cəmiyyətdə rahat hərəkət etmələrinə dəstək verməkdir. "Biz birik" adlı layihələrində ilk dəfə olaraq əlil arabasında olan bir insan Region Tv-də aparıcı olacaq. Maraqlıdı. İndi mərkəz haqda danışım. Mərkəzi sözlə ifadə etmək belə mümkün deyil. :) Məhdudiyyətli insanlar üçün normal olaraq hər gün hər hansısa kursa getmələk nisbətən çətindi. Amma kurslardan qalmaq olmaz. Çünki mənə görə insanı formalaşdıran ünsürlərdən biridi. Bu mərkəzdə isə kurslar yatılı kurslardır. İncəsənətin bütün növləri və idman. Böyük, təmiz otaqlar və bir çox şey. Üstəlik tam ödənişsiz. Hər şey bir kənara məni maraqlandıran mövzu: pozitivlik. İnanın tam pozitv mir məkan idi. Hardasa mən özünü bədbəxt hesab edən pessimist görmədim. Əsas odu :)  Ümumiyyətlə mənə çatmır kim niyə özünü bədbəxt biri kimi görsün ki? Mərkəz tövsiyyə olunar.İstər qalmaq məqsədli istər ziyarət məqsədli. Hətta istərdim ki, özünü "pessimist" hiss edən "möhtəşəm" gəncliyimiz o mərkəzə gedib əslində özünün məhdudiyyətli olduğunu, orda olan insanların fiziki görünüşdən aslı olmayaraq xoşbəxt hiss etdiklərini görsün.

Samsam Hüseynzadə 

****

Merkez barede fikirlerim çox musbet oldu. Personal chox xoshxasiyyetdir. Merkezin uzvlerine her cür sherait yaradilib. Orda yatili qalmaq üçün chox gozel sheraitli otaqlar var. Amma menim en chox diqqetimi cheken ve beyendiyim, merkezin incesenete chox meyilli olmasidir. Resm, taxta ustunde oyma, tikme-biçme Uzvlerin öz fealiyyetle mehsgul olmalari Bunlar menim chox xoshuma geldi. Ve merkez chox gozel dizayn olunub. Hem elillere rahatliq baximindan hem de stil baximindan chox beyendim. Genish ve urekachan yerdir. Qisacasi chox beyendim. Nigar Mirzəyeva
***
FOTOLAR:




No comments:

Post a Comment