Bu həftə şairə Mənsurə Qaçayqızı ilə söhbət elədik. Mənsurə xanımın şairlərə xas olan fikirləri olduqca möhtəşəmdir. Bu haqda çox bir şey deyə bilməyəcəm. Bu söhbəti oxuduqdan sonra nə demək istədiyimi anlayacaqsınız.- Şairəliyə necə başladız ?
- Necə başladım?!... Bu sual məni uzaqlara apardı. Bir zamanlar dünyanın ən gözəl kəndində balaca bir qız vardı. Agaclar çiçək açardı, o qız öz dilində, öz sözləri ilə ağaclara, çiçəklərə, quşlara mahnı oxuyardı. Nə oxuduğu da ardıcıl deyildi. Qarışıq sözlər, qarışıq ifadələr.... Bu bəlkə də mənim ilk şeirlərim idi. Yazılmayan şeirlər. Orta məktəb illərində isə heç nə yazmırdım, amma mənim kitabım olacaq deyirdim. Qəribədir... İlk dəfə şeir yazdığımı sinif yoldaşlarım bildilər. 1988-ci il fevral ayı idi. Sinif otagımızın pəncərəsi magistral yola baxırdı. Fizika dərsi idi. Qarabağ hadisələri yeni başlamışdı. Bu zaman tanlkarın, hərbi maşınların yolu titrədən səsi bütün məktəbi ayaga qaldırdı. ilk əvvəl pəncərənin önünə yığışdıq. Məhəmmədəli müəllim pəncərədən çölə baxaraq fikirli halda tək bir söz dedi: Müharibə. Və biz həyətə atıldıq. O an uşalar hərbi maşınların arxasınca yüyürurdü. Hamı müharibəyə getməyə hazır idi. Növbəti dərs bir şeir yazmışdım. Dəftərimin arxa vərəqinə. Vətən səni çox sevirəm. Və bu şeirimlə də sinif yoldaşlarıma şeir yazdığım bəlli olmuş və böyük bir hadisəyə çevrilmişdi. Sonrası necə davam elədi heç özümədə məlum deyil...
- Çox maraqlıdı, əslində biraz duyğusal başlanğıc olub..
- Çox.. Həm də lap çox..
- Bəs ilk kitabənəz necə meydana gəldi ?
- Ümumiyyətlə mənim yaradıcılığım qəribəliklərlə doludu. Tələbəlik illərində də şeir yazsam da hekayələrii verirdim universitet qəzetinə dərc olunmaq üçün. Şeir yazdığımı unutmuşdum belə demək olarsa. Bir gün kitab rəfimi qaydasına salarkən kitabın arasından bir şeir düşdü. Yerdən götürüb baxdım. Mən yazmışdım. o an bütün kitabların arasını axtardım və demək olar ki, birinci kitabımın bütün şeirləri tək-tək rəfdəki kitabların arasından töküldü. Bunları mən yazmışdım. Amma nə zaman? Elə o ərəfədə ədəbi məclislərə gedən bir dostumdan məclisə getmək üçün dəvət almışdım. Şeirlərimin xatirinə getdim. Və bir neçə il sonra həmin şeirlərim "Dünəndə alan sabah" adlı ilk şeir kitabımın səhiflərində oldu.
- Bütün sənət insanlarının həyatı qəribəliklərlə dolu olur deyəsən.
- Deyəsən...
- Şeirlərinizdə sizi özünə ən çox çəkən nə olur ?
- Bəzən şeirlərimə yad adamın şeiri kimi oxuyuram. Bəzən təccüblənirəm, bəzən gülürəm, bəzən nə demək istədiyimi düşünürəm. Əslində mənə elə gəlir mən sevgi şeiri yazmıram. Amma çox eşidirəm, hətta mübahisə də edirlər yazdıqların bəs nədi? Məncə şeirlərim sual altında qalır. Yəni oxucu ixtiyarına verilir istiqamətin seçimi. Mən özüm də oxucu olaraq belə istiyirəm olsun. Bilmirəm nail ola biləcəmmi istədiklərimə....
- Çünki müəllifin bildiyini başqa biri biləndə əsərin möcüzəsi yox olur.. Maraqlıdı insanlar bütün şeirlərdə niyə sevgi axtarır. Mövzuya necə münasibət bəsləyirsiz ?
- Düzdü, razıyam... Bəlkə də yeganə hissdi sevgi, insan onun qarşısında yaxşı mənada susur. Sevgi hissi ilə çətinliklərə alib gəlmək olur. İnsan özünü axtarır həmişə, elə sevgi şeirlərində də özünü axtarır.
- Maraqlıdır. Bəs xoşbəxtlik ?
- Xoşbəxtlik mənim üçün.... Mən ruhən azadamsa, ruhum rahatdıs xoşbəxtəm. Xoşbəxt olmaq üçün özünü xoşbəxt hiss etmək- o auranı özün üçün yaratmaq lazımdı. Düşüncə zənginliyi ilə. Düşüncəmiz böyük olarsa xoşbəxt olduğumuzun fərqində olariq. Xoşbəxtliyi maddiyat üzərində axtarıb cılızlaşdırmaq insan ömrünə yaraşmaz
- Optimist insanları hələdə görmək məni dahada sevindirir. Onda pessimist insanlara necə yanaşırsız?
- Pessimistlərin də optimist olmasını istiyirəm. Yaşama mübarizə aparmaqdı, vurub-dagıtmaq deyil. Ömür gözləməkdi- ümidlərin işardığı anı gözləmək, hər şey bitdi demək deyil...
- Həqiqətən həyatın dəyərini bilən insanları görməyin özü də xoşbəxtlikdir. Təşəkkürlər bu xoş fikirlər üçün.
- Çox sağ ol. Təşəkkürlər!
No comments:
Post a Comment