May 2, 2015

"Güzgüyə baxanda Allahın yaratdığı canlını görürəm və gördükcə, Şükr edirəm" Turanə Hüseynli

Bu həftə müsahibə qonağım 5-7 yaşlarında pianino, skripka, rəssamlıq, rəqs və heykəltaraşlıq dərslərində paralel şəkildə işitrak etmiş və hal-hazırda "Əlfəcin" layihəsinin müəllifi olan Turanə Hüseynlidir.5 sual, 5 cavab üçün buyurun.



Kitablarla münasibətiniz necədir?

- Kitablarla münasibətim çox yaxşıdı. Mütləq şəkildə işimə aid kitabları alıb, oxuyuram. Bədii ədəbiyyat mütaliə etməyi də axsatmamağa çalışıram. Müəllifi olduğum "Əlfəcin" layihəsi də məhz kitab oxuma mədəniyyətinin inkişafına xidmət edir. Bu baxımdan, kitablarla münasibətim əladır.
- Xoşbəxtlik sizin üçün nə ifadə edir?

- Xoşbəxtlik anlardadı. Xoşbəxtlik Günəşə baxanda hiss etdiyim Şükr hissidi. Xoşbəxtlik ailəmdir, dostlarımdır, işimdir. Xoşbəxtlik gözəl hissdir

-Güzgüyə baxanda nə görürsünüz?

-Güzgüyə baxanda Allahın yaratdığı canlını görürəm və gördükcə, Şükr edirəm.

- Əgər əlinizdə dünyanı dəyişdirmək üçün bir şans olsaydı, nəyi dəyişdirərdiz?

- Mənim əlimdə indi də dünyanı dəyişmək üçün şans var. Hamının bu şansı var və gördüyüm işlərlə dəyişmək istədiyim şeyləri dəyişməyə, yararlı biri olmağa çalışıram.

- Dünyanı bir söz ilə ifadə etsəniz hansı söz olardı?

- Dünya = Həyat

- Təşəkkürlər!

No comments:

Post a Comment