May 16, 2015

"Hollywod pik nöqtə deyil" Ramil Ağasıyev

Bu həftə, baş rollarında Ziya Ağa və Zarina Qurbanovanın iştirak etdiyi "Arzuların Ardınca" filminin rejissoru Ramil Ağasıyev ilə söhbət etdik.  Yazının sonunda film haqda məlumat ala bilərsiniz. 


- Salam. Arzuların Ardınca filmini necə çəkməyə qərar verdiniz?

- Salam. Çox sağolun sualınıza görə. Filmi necə ərsəyə gəldi? Nə fikirləşdim gəldi? Biraz bir arzu var idi, film çəkmək arzusu. Ordan qaynaqlanıb və dostları yığdım başıma ki, belə bir filmi istehsal etmək lazımdır. Film belə ərsəyə gəldi.

- Siz filmləri yaradarkən ilk öncə nəyə əhəmiyyət verirsiz?

- İlk öncə film istehsal edərkən peşəkarlığa, peşəkar komandaya, peşəkar insanlara. Yəni, filmi çəkən komandadır, heyyətdir. Tək rejissor filmi çəkmir və ən əsas heyyət peşəkar olmalıdır. Düzdür, bu filmdə heyyət bir o qədər peşəkar olmasa da, amma aralarında peşəkar insanlar var idi. Qeyri- peşəkarları təkanla, dəstəklə öyrədirdilər.


- Hollywood da film çəkmək üçün Azərbaycan kinematoqrafı nə etməlidir?

- Hollwvod da film çəkmək üçün Azərbaycan kinematoqrafına heç nə lazım deyil. Mütləq deyil ki, biz özümüzü Hollyvvodla bənzədək, ya da Bollywodla. Azərbaycan filminin öz dəsti-xətti olmalıdır. Yəni, Hollywod pik nöqtə deyil.


- Azerbaycan kinosu Amerika kinosu kimi olması üçün şans varmı? Və belə inkişafa nə lazımdır? Təkcə maddi dəstək yetərmi?

- Azərbaycan filminin öz dəsti-xətti var. Mütləq deyil ki, biz özümüzü bənzədək Amerika filminə. Bizim öz yolumuz var. Bu daha doğrudur.

«Arzuların Ardınca» filmi haqda biraz məlumat verə bilərsiniz?

- Arzuların Ardınca filmi bir il bundan öncə istehsal olunub. Film 1 saat 24 dəqiqədir.
2 xərçəng xəstəsi haqdadır film. Mayın 14-dən kinoteatrlardadır film. Mənə elə gəlir ki, maraqlı film oldu.

- Təşəkkürlər!

- Çox sağolun!

...

Indi isə filmin mövzusunu qeyd etmək istərdim.

Melodramma janrında lentə alınmış "Arzuların ardınca" filmi baş qəhrəman Kamilin həyatının son aylarından bəhs edir. Ömür boyu tənha yaşayan və həyatda sevginin nə oldyuğunu bilməyən Kamil üçün yeganə məşğuliyyəti onun işidir. Xəstəxanada qoyulan xərçəng diaqnozu ilə hər şeyin bitdiyini zənn edən Kamilin ağlına da gəlməzdi ki, onun yaşayacağı son aylar, geridə qalan 30 ilindən qiymətli olacaq. Xəstəxanada Arzu ilə tanış olan Kamil bu günə kimi sevgiyə bənzətdiyi bütün hisslərinin yalançı olduğunu anlayır. İlk görüşdən sonra başa düşür ki, Arzu onun ağacındakı son yarpaqdır. Amma onları birləşdirən yeganə cəhət hissləri deyil. Həm Kamilin, həm də Arzunun yaşamaq istədikləri çoxlu arzuları var. Onlar xəstəliyi unudub sadəcə yaşamağa, hiss etməyə, xoşbəxt olmağa çalışırlar. Arzu Kamil üçün itirdiyi keçmişi tapır. Kamil isə ona arzuladığı gələcəyi göstərir. İndi onların ortaq bir arzusu var, xərçəngdən daha böyük...
Arxaya baxsan, nağıl bitəcək... 

Arzuların Ardınca HD trailer:


No comments:

Post a Comment