Jun 13, 2015

"Şeirlərim öz daxili dünyamın əksidir" Rüfət Yaqubov

İlk olaraq onu deyim ki, keçən həftə bəzi səbəblərə görə müsahibəni paylaşa bilmədim. Üzrlü sayın! :) Amma yenədə biz burdayıq. :)
Bu həftə gənc  yazıçı/şair  Rüfət Yaqubov-la danışdıq. :)
Yazar.in və başqa saytların aktiv müəllifi hal-hazırda bir kitab üzrə işləyir. :) Uğurlar! Bildiyiniz kimi mənim suallarım şəxsi həyatla yox, düşüncələrlə bağlıdı. İndi müsahibəni oxuyun. :) 
Hər hansısa hekayəni/şeiri yazarkən nə hiss edirsiz?

- Şeirlərim öz daxili dünyamın əksidir, yaşadığım hisslər və ya düşüncəmi ifadə edirəm şeirlərimdə. Hekayələrimi yazanda isə özümü baş qəhrəmanın yerində hiss edirəm. Sanki özüm o anı yaşayıram, hadisələr gözümdə canlanır.

- Qələminizi inkişaf etdirmək üçün necə bir şərait lazımdır?

- Qələmimi inkişaf etdirmək üçün mütaliə lazımdır. Bu yeganə yoldur. Yazıçı gərək oxucudan çox oxusun, daima yeni kitablara, klassiklərə müraciət etsin. Yalnız çoxlu oxumaqla qələmi inkişaf edə bilər. Və təbii ki öz yazı dəsti xəttini yaradmalı.

-Azərbaycanda yazarların mükafat alması üçün nə etmək lazımdır?

- Azərbaycanda yazarların mükafat alması həqiqətən də problemdir. Fikrimcə bu işə həm ədəbiyyata marağı olan fərdi biznesmenlər, həm dövlət də qarışmalıdır. Çox saylı layihələr yaradılmalı. Gənc yazarlar üçün ayrı, tanınmış və yaşlı yazarlar üçün ayrı. Xüsusi bir komissiya yaradılmalı ki mükafatlar verilsin.

- Yazıçılıq fəaliyyətində mütləq qazanmaq hədəfiniz olan arzu nədir?

Yazıçılıqla mütləq qazanmaq istədiyim hədəf oxucu kütləsidir. Məşhur olmaq üçün deyil, bunu öz yazılarımı, öz əsərlərimi insanlar tərəfindən oxunması və nə isə əldə etməsi xatirinə istəyirəm. Bu mənim ən böyük hədəfimdir. Məni oxusunlar. Çünkü yazmağla öz daxilimdə olan dünyamı insanlara çatdırmaq istəyirəm

Yazarlığı bir kənara qoyub düşüncələrlə.bağlı suallar vermək istərdim, "bütün insanlar.bunu etməlidir!" dediyiniz şey.var?

- Yazarlığı və kitabı kənara qoysam ağlıma gələn yeganə söz sevgi olar. Bütün insanlar sevməlidir. Bir birini və yaşadığı dünyanı. Bununla sülh və əmin amanlıq yaratmaq olar.

- Dünyanı dəyişməyə hardan və necə.başlamaq lazımdır?

- Dünyanı yalnız saf inam dəyişə bilər. Yeganə çıxış yolu Allahı və yaranma səbəbimizi tanımaq, bilməkdədir. Dünyanı yalnız saf iman dəyişə bilər. Yuxarıda yazdığım kimi bütün insanlar bir birilərini sevməli, inanclarına hörmət etməli və Allahı tapmalı. Hardan başlamağa qalanda isə bu hər yerdə və eyni zamanda başlamalı, hər bir insan özündən başlamalı, yalnız həqiqəti düzgün şəkildə təbliğ etməklə. Bizi yaradan Allahdır, və yalnız Onun qanunları da bizi xilas edə bilər.

- Hər hansıs.bir insana kitab oxuma bacarığı necə qazandırılır?

- Bu bacarığ insanın özündə olmalı. İnsan nə qədər ağıllı və düşüncəli olsa, bir o qədər kitab oxumağı sevəcək. Lakin fikrimcə burda ən böyük rolu dostlar da oynamalı. İlk öncə gözəl bir əsəri ona təklif etməklə, kitab oxuma sevgisi və bacarığını onda yaratmaq olar


- Kitabsız bir dünyani bir cümlə ilə izah edin..

- Ağaclar olmayan yerdə yaşayan quşlar

- Danışarkən əsasən xarici dildə danışan gənclərə necə yanaşırsız?

- Sevmirəm belə insanları və tənqid edirəm. Xarici dil öyrənmək çox gözəl işdir. Lakin insan öz vətənində öz dilində danışmalı və hörmət qoymalı. Heç bir xarici ölkə vətəndaşları xarici dildə danışmaz, çünkü hər bir insan öz dilini sevir.

- Ən çox verdiyim ənənəvi sualım, sehirli dəynəyiniz olsaydı nə edərdiz?

- Müharibələrə müdaxilə edərdim. Günahsız insanları xilas edərdim.
Suallarınıza görə dərin minnətdarlığımı bildirirəm!

- Təşəkkürlər!

No comments:

Post a Comment