Apr 13, 2015

"Yazıçını sevməsənizdə olar, yazısı gözəl olsun.." Könül Becanova

Bu gün sosyal şəbəkələrin birində olan kitab qrupundan bir xanımla tanış oldum. Xanımla çox maraqlı dialoqumuz baş tutdu. Kitablar barəsində biraz danışdıq. Xanımın ilk kitabı necə oxuduğunun tarixçəsi çox maraqlıdı. Buyrun..



-Kitab oxumağa necə başlamısız?

-Kitab oxumağa çox tez başlamışam əslində. Amma kitabı dərk etməyə 11-12 yaşımdan. Mədəniyyət oxuduğun kitabların deyil, anladığın kitabların sayıdır.
Oxuduğum o ilk kitabın tarixçəsi biraz fərqlidir.

-Necə?

-Binamızın tinində bir qadın tum satırdı. Onda hələ evdə qovrulub stəkanla satılan tum dəbdə idi. Yanında həmişə kitab olardı,  yəqin xatırlayırsız, kağızdan cırıb tum üçün qab düzəldirdilər. Mən həmişə o yığışıb evinə gedəndən sonra gözləyirdim. Etiraf edirəm, acı olsa da, Oğurluq etmişəm. O kitabı ordan oğurlamışam.

-Amma faydalı oğurluqdur.

-Fredrik Forsaytın "День Шакала" əsəri. Dedektiv janrda yazılmış bir əsərdi. Bu kitabla janrı sevdim. Ondan sonra üstünlüyü dedektiv janra verirdim. Çingiz Abdullayevimiz çox gözəl yazardı. Onun əsərlərini oxumağa başladım.


- Ən sevdiyiniz yazıçı hansıdır?


-Sevdiklərim çoxdur. Yazıçını sevməsənizdə olar, yazısı gözəl olsun..


- Hansı yazıçıyla tanış olmaq istəyərdiniz?


- Heç biriylə. Şəxsi tanışlığa ehtiyac duymuram. Təki gözəl əsərlər yazsınlar, bizdə alıb oxuyaq.


- Maraqlıdır. Yaxşı, fəlsəfə haqqında necə düşünürsüz?


-Mənə çox məntiqsiz gəlir.


- Niyə?


-Materiya, ideyalar, hisslər, insan fantazyaları və s. Məncə bu qədər gərginləşməyə ehtiyac yoxdur. Ən gözəli Allahın verdiyi şüurdur. Pifaqor belə özünü filosof adlandıranda "Mən öz yerimi bilirəm, hikmət yalnız Tanrının biliyindədir." deyib.


- Bəs gənc Azərbaycan yazıçıları haqqıda nə düşünürsüz?


- Ziya Səfərbəyovun əsərlərində bəyəndiklərim var. Düşüncə tərzi çox istidir, insan oxuyanda o fikirlərdə özünü tapır. Hətda özünü tapmasa da, yaşamaq istəyir o əsəri. Zənnimcə yazıçının uğuru da məhz bundadır.


- Din və siyasət sizin üçün nə ifadə edir ?


- Din mənəviyyatım, siyasət isə yaşam tərzimdir. Şərt onda deyil ki, mən müəlliməyəm və siyasətdən uzağam. Həyatımız siyasət üstündə qurulub, əgər bu ölkədə sakitçilik içində yaşayırıqsa, siyasətdən uzağam demək gülünc gələr məncə. Narazılıqlar çoxdur bilirəm. Amma hər halda tapdaq altında, əhalisi acından ölən ölkələrin vəziyyatindən yaxşıyıq.


- Təşəkkürlər bu xoş söhbət üçün.


- Sizinlədə çox xoş idi təşəkkürlər.




































No comments:

Post a Comment