May 23, 2015

"Cəmiyyətdə özünə inam çatışmır" Fuad Hüseynov

Bu həftəki qonağım, 13 yaşında yazmağa başlayan, 2013-cü ildən reperliyə başlayan, daha çox tənqid xarakterli yazan və hal-hazırda Bakı Biznes Universitetinin 1-ci kurs tələbəsi Fuad Hüseynov Radical-dır.
Özünə xas üslubu ilə suallarımı cavabladı. O sualları və cavabları oxumaq üçün buyurun.. :)




- Kitablarla aranız necədir? Və ən 
sevdiyiniz kitab hansıdır?

Kitabları çox sevdiyimi deye bilmərəm. Amma təbii ki, bir neçə kitab oxumuşam. Daha çox "Mein Kampf"( Mənim Mübarizəm) və Adolf Hitler haqqında olan kitablar diqqətimi cəlb edir. Qaraqanın yazdıqlarını da oxuyuram həmçinin.

- Adolf Hitler haqda nə düşünürsüz?

- Sovet ölkələrində yaşayanların düşündüyü qədər pis biri deyil. O çox mübariz biri olub. Bəlkə də mümkünsüz ola biləcək şeyləri edib. Verdiyi qərarlar birmənalı qarşılanmaya bilər amma o bir Reyxdir. Əgər Adolf kimi öz xalqını üstün tutub, ən yüksək yaşayış səviyyəsinə çatdıra biləcək lider varsa, mən onun mənim ölkəmin dövlət başçısı olmağına razıyam. Nə qədər qəddar olsa belə.


- Razıyam. Bəs, reperlik karyerasına necə başladız?


- Azad sözünü demək istəyənlər həmişə sözünü deməyə vasitə axtarırlar. Dörd divar içində olsalar belə. Rap azad söz deməyə imkan vərən musiqidi. Burda sistem mənə sərhədlər qoya bilmir. Bu səbəblər repçi olmağıma səbəb oldu. 13 yaşımdan başladım yazmağa. Hələ də davam edirəm.


- Sizə güc verən, motivasya verən cümlə var və ya hər hansısa nəsə var?


- Kimsə mənə "Sənə inanmıram.Sən bu işi bacara bilmərsən." deməyi bəsdir ki, mən maximum güc toplayıb həmin işə köklənim. Sadəcə musiqi(beat) mənə motivasiyə verə biləcəklər arasındadı.


- Güzgüyə baxanda nə gorürsüz?


- Müharibədə yaralanmayan əsgər, məmur öz başınalığından yaxınlarını yanğında itirməyən insan, Öz sevdiyi qızı dəfələrcə bicaqlamayan oğlan və s. demək olar. məncə fikrimi çatdıra bildim.


- Əlbəttə. Bütün insanlar bunu mütləq etməlidir dediyiniz nə isə var?


- Elə bir şey ağlıma gəlsə özüm edərəm. Yetərincə eqoist biriyəm :)

- Səbəb?

Evdə tək uşaq olanların hamısında eqoistlik var məncə. Sadəcə səmimi olub etiraf etmək lazımdı.

- Amma eqoistliyində yəqinki faydası olur?

Əlbətdə. Təslim olmamağı beyinə elə yeridir ki, məğlubiyyətin nə olduğunu anlamırsan. Daim inkişaf etməyimə səbəbdi eqoistliyim. Mikrofonumu bölüşməyi sevmirəm
Смайлик «smile»
- Mikrofonunuz olmasa sizin ücün heyat nece olardı? :)

- Bilmirəm. Təsvir edə bilmirəm o halı özümdə. Çünki belə olmalıymışam kimi hiss edirəm özümü. Amma yəqin ki, başqa işlə məğul olardım. :)

- Sizcə cəmiyyətdə nə çatışmır?

- Sualı yəqin ki, cəmdə vermək istəyirdiz
Смайлик «smile» . Mən hər kəsin bildiklərin demək istəmirəm. Cəmiyyətdə özünə inam çatışmır. Əgər kiminsə ətrafında mənfi biri varsa və o ona təsir edirsə, bunu normal qarşılayıb "Onsuzda dəyişməyəcək heç kim" deyib razılaşanlar var. Bizim cəmiyyətdə əsasən də qadınlara və qızlara hörmət yetərincə deyil.

- Sehrli dəynəyiniz olsaydı nə edərdiz? Смайлик «smile»
Bilmirəm. Yəqin günlərlə oturub düşünərdim ki, nə etməliyəm. Sonda da o dəyənəkdən bezib kənara atardım.
Смайлик «smile»

- Xoşbəxtliyin sirri nədədir?

- Mənim üçün xoşbəxlik. 1 uğurlu track, onu dinləyən dinləyicinin varlığı və o sətirlərin dinləyicimə yardım etməsi.

- Ən böyük uğurunuz nə olub?

- Ən böyük uğurum "Mən ideal deyiləm" treki və klipidir. 

- Müsahibə üçün təşəkkürlər. Sizə uğurlar. Son olaraq demək istədiyiniz nəsə var?

- Sizə təşəkkür edirəm. Bilmirəm cavablarım nə dərəcədə maraqlı oldu amma hər halda demək istədiklərim bunlar idi. Təşəkkürlər və Uğurlar sizə.
Смайлик «smile»

No comments:

Post a Comment